“Tələbələr demokratiya və sülh quruculuğunda”

“Tələbələr demokratiya və sülh quruculuğunda”

Azərbaycan Tələbələr Birliyi ötən il olduğu kimi bu il də 17 Noyabr – Beynəlxalq Tələbələr Günü münasibəti ilə "Tələbə həftəsi" reallaşdırıb. SİA-nın məlumatına görə, belə ki, "Tələbə həftəsi"nin ilk günündə Azərbaycan Tələbələr Birliyinin üzvləri Milli Qəhrəmanımız Mübariz İbrahimovun və "İgidliyə görə" medalı ilə təltif edilən Fərid Əhmədovun məzarlarını ziyarət edib. Ziyarətdə, həmçinin, ölkəmizdə olan avropalı könüllülər də iştirak ediblər.

"Tələbə həftəsi"nin ikinci günündə Azərbaycan Tələbələr Birliyi tərəfindən "Tələbələr demokratiya və sülh quruculuğunda" adlı dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada tələbələrin demokratiya quruculuğu yolunda gördüyü işlər, tələbə təşkilatlarının bu yönümdə fəaliyyəti geniş müzakirə aspektinə çevrilib. Müxtəlif təkliflərin səsləndiyi dəyirmi masada gələcək fəaliyyət planları da müzakirə edilib.

Qeyd edək ki, 17 Noyabr 1939-cu il tarixində Praqada faşizim əleyhinə mitinqdən sonra 9 tələbə və müəllim edam edilib. Bu gün 1941-ci ildən Londonda Beynəlxalq Tələbələr Günü kimi qeyd edilməyə başlayıb. İndi də bu gün Avropada və bütün dünyada milli tələbə birlikləri tərəfindən qeyd edilməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə