Putin hökumətin yeni tərkibini təsdiqləyib

Putin hökumətin yeni tərkibini təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin hökumətinin yeni tərkibi təsdiqləyib. SİA RİA "Novosti”yə istinadən xəbər verir ki, hökümət üzvlərin əksəriyyəyiti dəyişilməyib.

Yeni hökümətin tərkibində xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev, mədəniyyət naziri Vladimir Medinskiy, ədliyyə naziri Aleksandr Konovalov, müdafiə naziri Sergey Şoyqu, sənaye və ticarət naziri Denis Manturov naziri İdman Pavel Kolobkov naziri, iqtisadi inkişaf naziri Maksim Oreşkin, əmək və Əhalinin Sosial müdafiəsi naziri Maksim Topilin və energetika naziri Aleksandr Novak yenidən yer alıblar.

Rusiyanın kənd təsərrüfatı, təbii sərvətlər və tikinti nazirlər isə dəyişib. V. Putinin sərəncamı ilə Dmitriy Patruşev kənd təsərrüfatı, Vladimir Yakuşev tikinti, Dmitriy Kobılkin isə təbii sərvətlər nazir təyin olunublar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə