“AŞPA-nın qərarı ədalətsizdir. Bu, Azərbaycana olan təzyiqdir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.
S.Seyidov qeyd edib ki, AŞPA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanskiyaya məruz qalmırlar: “Ermənistan nümayəndə heyəti sanksiyaya məruz qalmayıb. Bu da ikili standartlardır. Azərbaycan öz haqq sözünü ortaya qoyanda sanksiyaya məruz qoyurlar, biz düz yoldayıq. Bu, mənim üçün qüsur yox, şərəfdir. Çünki mən Azərbaycanın maraqlarını qoruyuram”.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB