Kipr problemi Nyu-Yorkda müzakirə olunacaq

Kipr problemi Nyu-Yorkda müzakirə olunacaq

Şimali Kipr Türk Cümhuriyyәti prezidenti Dәrviş Әroğlu noyabrın 18-dә Nyu-Yorkda BMT baş katibi Pan Gi Mun vә Rum icmasının lideri Dmitris Xristofyas ilә keçirәcәyi üçtәrәfli görüşdә, baş katibdәn Kipr müzakirәlәrinin yekunlaşdırılacağı zamanı müәyyәn etmәsini tәlәb edәcәyini deyib.

SİA-nın məlumatına görə, prezident Dәrviş Әroğlu, "Üçtәrәfli görüşlәr müzakirәlәrin sürәt qazanmasına tәsir edәcәk. Bizim mövqeyimiz aydındır. Davam edәn müzakirәlәrin yekunlaşdırılacağı zaman müәyyәn edilmәzsә, bu işin nәticәlәnmәsi uzun illәr tәlәb edәcәk".

Dәrviş Әroğlu ilә onu müşayiәt edәcәk heyәt ikinci gün Nyu-Yorka yola düşәcәk

Bütün xəbərlər Facebook səhifəmizdə