İraq Mәclisi, milli birlik hökümәtinin formalaşdırılmasını nәzәrdә tutan razılaşmayı tәsdiq edib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sәnәd mәclisdә sәsә qoyulmazdan әvvәl, sünnülәrin dәstәk verdiklәri İraqiyә İttifaqı, baş nazir Nuri Әl Malikinin Şiә ittifaqının özlәrinә xәyanәt etdiyini qeyd edәrәk yeni hökümәtin qurulmasını boykot edәcәklәrini bildirdi. Ancaq aparılan danışıqlardan sonra problem aradan qaldırılaraq İraqiyә İttifaqındakı millәt vәkillәrinin coxu yeni hökümәtin qurulmasını nәzәrdә tutan sәnәd üçün sәs verib.
Sәsvermә işi ilә bağlı detallı açıqlama verilmәsә dә bәzi millәt vәkillәri, Allavi-nin ölkәdәn ayrıldığını söylәyib.
Tәsdiq edilәn razılaşmaya әsasәn, dövlәt başçısı Calal Talabani vә baş nazir Nuri Әl Maliki eyni vәzifәlәrinә davam edәcәklәr. Mәclis ilә Malikinin sәlahiyyәtlәrinә nәzarәt edәcik olan şura üçün İraqiyyә İttifaqına mәnsub millәt vәkillәri tәyin edilәcәk.
Qeyd edәk ki, 325 yerә sahib parlamentdә İraqiyә İttifaqının 91, Malikinin isә 89 millәt vәkili var. Digәr tәrәfdәn İraqda hakimiyyәtin bölüşülmәsi razılaşmasına İran dövlәt başçısı Mahmud Әhmәdinәjad da dәstәk verib. Razılaşma İraq xalqı üçün böyük zәfәrdir deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB