Siyasi şərhçi: “Azərbaycan bu məsələdə təmkinli davranmalıdır” MÖVQE

Siyasi şərhçi: “Azərbaycan bu məsələdə təmkinli davranmalıdır” MÖVQE

ABŞ-ın öz səfirliyini Qüdsə daşıması haqlı olaraq bir sıra dövlətlərin, o cümlədən Rusiya və Türkiyənin narazılığına səbəb olub. Başa düşüləndir, çünki hər iki dövlət İsrail-Fələstin məsələsində ABŞ-dan fərqli mövqe tutur”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

“Amma düşünürəm ki, Türkiyə bu məsələdə elə də çox dərinə getməməlidir. Çünki Fələstin məsələsi heç ərəblərin özlərini yerindən oynatmırsa, biz türklər niyə özümüzü İsrail və ABŞ kimi dövlətlərlə üz-üzə qoymalıyıq? Ədalət naminə? Haqq naminə? Olsun. Edək. Amma qədərində. Daha İsrail və ABŞ-ı qlobal səviyyədə önümüzə alacaq qədər deyil. Azərbaycanın da bu məsələdə təmkinli davranmasına gərək var. Sevindirici haldır Azərbaycan dövləti məsələyə tam obyektiv yanaşma sərgiləməklə yanaşı ədalət hissini də sonadək nümayiş etdirə bilir. Bu təcrübənin Türkiyə üçün də faydalı ola biləcəyini sanıram”-deyə, A.Həsrət fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə