“AXC-dən fərqli olaraq Azərbaycan Respublikası əbədi yaşayacaq" MÜNASİBƏT

“AXC-dən fərqli olaraq Azərbaycan Respublikası əbədi yaşayacaq" MÜNASİBƏT

“100 il əvvəl yaranmış və qısa bir dövrdə yaşamış Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın dövlətçilik köklərinin böyük tarixə söykənməsinin göstəricisidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanda qurulan demokratik dövlət müsəlman şərqinin qaranquşu idi. Ən birinci əhəmiyyəti o oldu ki, müstəqil ölkə olaraq ölkəmizin sərhədləri müəyyənləşdi və həmin sərhədlər daxilində Azərbaycanı dünya tanımağa başladı. Baxmayaraq ki, AXC uzun ömürlü olmayıbdır, ancaq dövlətçiliyə xas olan bütün istiqamətlər təsis olunmuşdu. Gerbi, bayrağı, parlamenti, ordusu, ilk universiteti və dövləti idarə etmək üçün bütün qurumlar yaradılmışdı. Ölkə başçımız AXC –ni müstəqil Azərbaycan Respublikasının siyasi varisi elan edib, dövlətçiliyimizin tarixi ənənələri ilə fəxr etdiyimizi bildirərək AXC-nin 100 illiyini dövlət səviyyəsində qeyd etməklə bağlı sərəncam imzalayıb. Baxmayaraq AXC cəmi 23 ay yaşadı, amma müstəqil Azərbaycan Respublikası 27 ildir ki, günü-gündən inkişaf edir, güclənir, dünya tərəfinddən böyük hörmətlə qarşılanır. Müstəqil Azərbaycan Respublikasının güclü ölkəyə çevrilməsinin kökündə isə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu və həmin siyasi kursunu cənab Prezdent İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. AXC-dən fərqli olaraq Azərbaycan Respublikası əbədi yaşayacaq və nə qədər Azərbaycan olacaq güclü dövlətimizin banisi Heydər Əliyev də yaşayacaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə