Ermənistanda növbədənkənar parlament seçkiləri avqustun sonu - sentyabrın əvvəlində keçirilə bilər. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə yeni seçilmiş baş nazir Nikol Paşinyanın "Vətəndaş razılığı" partiyası xəbər yayıb.
Qeyd edək ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra hakim Respublika partiyası parlamentdə müxalifət mövqeyinə keçib. N.Paşinyan mayın 8-i parlamentdə keçirilmiş səsvermə nəticəsində baş nazir seçilib.
Ötən gün N.Paşinyan Soçidə keçirilən sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB