Ərdoğan: "Türkiyə üçün milli maraqlar hər şeydən üstündür"

Ərdoğan: "Türkiyə üçün milli maraqlar hər şeydən üstündür"

“Ankara Rusiyanın S-400 zenit-raket komplekslərinin (ZRK) alışından imtina etməyəcək”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə NATO-nun üzvü olsa da, Vaşinqton Türkiyəyə ABŞ istehsallı ZRK-ların satışından imtina edib: “ABŞ Ankaraya seçim imkanı vermədi və buna görə də Türkiyə Moskva ilə S-400 ZRK-larının alışı üçün danışıqlar aparmağa məcbur oldu”.

Dövlət başçısı deyib ki, Türkiyə üçün milli maraqlar hər şeydən üstündür.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə