Ermənistanın yeni baş nazirinin Dağlıq Qarabağ səfəri və orada işlətdikləri fikirlər gözlənildiyi kimi Azərbaycanda sərt təpki ilə qarşılandı. Hətta müxtəlif sosial şəbəkələrdə müharibəyə çağrışlar da edilir. Bəs əslində vəziyyət nə yerdədir?
Öncə ondan başlayaq ki, Paşinyanın ilk Qarabağ siyasəti fiasko ilə bitti. İşğalçını çıxılmaz vəziyyətdə qoyan addım ondan müsahibə almaq istəyən nəhəng media qurumlarından gəldi. O, qurumlar ki, Qarabağa ezam olunan KİV nümayəndələrinin icazəsini rəsmi şəkildə məhz Azərbaycandan istədi. Axı ortada Lapşin örnəyi var. Bu amil kifayət qədər mühüm əhəmiyyətə malikdir. Üstəlik Paşinyan Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı verilən sualların əksəriyyətindən narazı qalıb. Hətta bir çox sual cavablandırılmayıb.
Bəs Paşinyan hansı ssenariyə məcbur edilir? Bəli sözün hər mənasında işğalçı ölkənin yeni baş naziri məhz məcbur edilir. Axı Paşinyan da yaxşı bilir ki, sələfi Serj Sarkisyanı onun kepkası və ya saqqalı yox, səfalət içində yaşayan sadə ermənilər devirdi. Sarkisyanın illərdir öz vətəndaşlarına yeritdiyi "ac yaşayın, ancaq Qarabağ bizdə qalsın" siyasəti çat verdi. Aydın oldu ki, ermənilər Qarabağsız da olar, əvəzində yaxşı yaşamaq istəyi ilə İrəvan küçələrinə axışdı. Əslində Paşinyan da çox gözəl bilir ki,Qarabağı sahibinə - Azərbycana qaytarmadan erməni cəmiyyətini ağır maddi durumdan qurtarmaq mümkün olmayacaq. Başqa sözlə desək Qarabağ kartı ilə erməniləri idarə etmək taktikası tam anlamı ilə iflasa uğrayıb. Belə olan halda dəyişən nədir? Görünür Paşinyana Ermənistanın əsas sahibinin kim olduğu çatdırılıb. Paşinyan da Sarkisyan kimi sadəcə, fiqurdur.
Qısası Paşinyanı da elə Sarkisyanın aqibəti gözləyir. Qarabağın işğalı ermənilərin qarnını doyurmadı və bu gün Paşinyanı alqışlayan kütlənin sabah onu devirmək üçün yenidən etirzlara başlayacağı qaçılmazdır.
Paşinyanın Qarabağda sayıqlamalarına gəlincə, rəsmi Bakıdan cavab gecikmədi. Özü də birinci şəxsdən. Paşinayan başda olmaqla bütün erməni siyasi elitası mənasız illuziyalara qapılmasın. Bakının siyasəti konkretdir və Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaradılmayacaq. Qalır nəticə çıxarmaq. Nəticə çıxarmaq üçün isə Paşinyanın çox vaxtı yoxdur. Hər halda sadə ermənilər yaxşı yaşamaq ümidi ilə hakimiyyəti dəyişiblər. Daha Azərbaycan torpaqlarında ölmək üçün yox.
Populist, daxili auditoriyaya hesablanan çıxışıların erməniləri hansı faciəyə gətirdiyi aprel hadisələrində göründü. Azərbaycanın səbrini daşırmaq Qarabağda geniş miqyaslı müharibənin başlanması deməkdir.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB