14-16 noyabr 2010-cu il tarixləri arasında TürkPA nümayəndə heyəti Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası Katibliyinin dəvətilə Kopenhagen şəhərinə rəsmi səfərə gedəcək. SİA-nın məlumatına görə, səfər çərçivəsində dünyanın çox nüfuzlu təşkilatı olan və 56 ölkəni birləşdirən ATƏT PA ilə gələcək əməkdaşlıq imkanlarının müzakirə olunması, TürkPA-nın fəaliyyətində ATƏT PA-nın uzunmüddətli təcrübəsindən istifadə edilməsi, qarşılıqlı təcrübə mübadiləsi proqramının davam etdirilməsi kimi məsələlər müzakirə olunacaq.
Həmçinin, TürkPA nümayəndə heyəti ATƏT PA-nın Baş katibi cənab Spenser Oliver və Baş katibin müavinləri ilə görüşəcək, ATƏT PA Katibliyinin işi ilə yaxından tanış olacaq. Bu yaxınlarda ATƏT PA tərəfindən TürkPA-ya verilmiş Qonaq Stasu ilə bağlı TürkPA Katibliyinin xüsusi təşəkkürü çatdırılacaq və 2011-ci il ortaq fəaliyyət istiqamətləri geniş müzakirə obyektinə çevriləcək.
Qeyd edək ki, nümayəndə heyətinə TürkPA Baş katibinin müavini cənab Mels Semqaliyev başçılıq edir. Nümayəndə heyəti 5 nəfərdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB