"Yurd" şefinin başının üstünü qara buludlar alıb
Daxili çəkişmələr və bunun fonunda partiyalararası ziddiyyətlər müxalifət düşərgəsində həlli mümkün olmayan problemlər yaratmaqdadır. Xüsusilə də, Müsavat-AXCP qarşıdurması hər iki partiyada ciddi başağrısına çevrilib. Bunun nəticəsində, müxalifətin birgə aksiyalar keçirmək və ümümi müxalifətin birliyinin yaradılması arzuları da nəticəsiz qalır. Mövqe uğrunda savaş da bir-birinə qarşı irəli sürdükləri ittihamlar düşərgədaxili durumun son dərəcə kritik vəziyyət almasına gətirib çıxarıb. Ümumiyyətlə, dağıdıcı müxalifətin son illərdəki fəaliyyətinə nəzər salsaq, demək olar ki, bu məxluqlar dünyada analoqu olmayan simalardırlar. Nədəndir ki, qısa zaman kəsiyində çoxsaylı blok və qurumlar yaradıblar, ideya və təkliflərlə çıxış ediblər. Amma yaradılan qurumların ömrü çox qısa olub, irəli sürülən təkliflər isə elə kağız üzərində qalıb. İddialı müxalifət liderləri bir-birindən qısas almaq üçün fərqli mövqe, yol tutublar. Baş verənlərə əsasən, onu söyləmək olar ki, hazırkı müxalifət formatı dəyişməyəcəyi təqdirdə, bundan sonra da yaradılacaq bloklar adları yalnız kağız üzərində qalan bloklardan fərqlənməyəcək.
İş birliyində olduğu "dost"ları da Əli Kərimlidən üz döndərirlər
"Milli Şura" deyilən qondarma qurum daxilində son vaxtlar yaşanan ağır proseslər daha acınacaqlı və diqqətçəkəndir. Müsavat funksionerləri "Rüstəm İbrahimbəyovsuz "Milli Şura" deyib, ultimativ tələblər irəli sürdülər. AXCP təmsilciləri də, uduzmağı həzm edənlərdən olmadıqlarını göstərmək üçün "Rüstəm İbrahimbəyov Müsavata gözdağıdır" deməklə, Müsavatı yerində oturtmağa cəhd göstərdilər. Bu isə, onsuz da kövrək olan daxili vəziyyətin gərginləşməsinə yol açdı. Artıq görünən odur ki, AXP-Müsavat qarşıdurması "Milli Şura" deyilən qurumun parçalanma mərhələsini başa vurub, dağılma dövrünə adlamasına gətirib çıxarıb. Müsavatın "Milli Şura"nı tərk etməsinin ardınca İsgəndər Həmidov, "EL" Hərəkatının aparat rəhbəri Zəfər Quliyev
və digərli istefa verdi. Bəzi "şura" üzləri isə seçim arasında qalıb və qeyri-müəyyən vəziyyətin yaranması AXCP sədri Ə.Kərimlini kortəbii də olsa, fəallığını artırmağa sövq edib. "Azadlıq" qəzetinin internetlə yayımlanan elektron versiyasında "Milli Şura"dan istefa verənlərin "satqın" və "xəyanətkar" adlandırılan silsilə məqalələrin dərc edilməsi Ə.Kərimlinin siyasi fəaliyyətinin başlıca prinsipini təşkil edir. Daha doğrusu, bu məxluq ondan üz çevirənləri tənqid və təhqir etməsini özünün başlıca amalı hesab edir. Hazırkı mərhələdə "Azadlıq" qəzetdinin elektron versiyasında alternativ AXCP-nin sədri Razi Nurullayevin, Almaniyada mühacir həyatı yaşayan keçmiş cəbhəçi Azər Məmmədovun, Sahib Kərimlinin, "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyevin, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və digərlərinin şəxsiyyətinin alçaldılması Ə.Kərimlinin düşmənçiliyinin ən yaramaz növü sayıla bilər. Amma Ə.Kərimlinin ittihamları heç də cavabsız qalmayır. Misal kimi R.Nurullayevin konkret faktlarla Ə.Kərimlini ifşa etməsini göstərmək olar. R.Nurullayev bildirib ki, AXCP sədri Əli Kərimli partiyada gənclərə yer verdiyini desə də, əslində, həyatını AXCP-yə həsr edən yaşlı nəsil sıxışdırılır: "Çünki onlar gözlərini açıb reallığı görür və yenilik istəyirlər. Suraxanı şöbəsinin sədrini məcburən uzaqlaşdırdılar və Əli Kərimlinin cangüdənini təyin etdilər. Partiyada hər şey şəxsi maraqlarla idarə olunur. Rəyasət Heyətində 5 saat iclasda otururduq, əksəriyyətini Əli Kərimli danışırdı, bunun 80 faizi isə "facebook"da "like"lərin olmasına və paylaşımlara gedirdi. Böyük bir partiyanın bu qədər xırdalığa getməsi düzgün deyil. Mən partiyada bu cür xırdalıqların əleyhinə olmuşam".
Hafiz Hacıyev Əli Kərimlini "siyasi fahişə" hesab edir
Araşdırmalara əsasən, demək olar ki, yaxın vaxtlarda AXCP fəaliyyətini dayandıra bilər. Bu baş verməsə, ən azı, Ə.Kərimli sədrlikdən gedəcək. Çünki artıq partiyanın əksər rayon təşkilatları, eləcə də, kollegial orqanların bəzi üzvləri Ə.Kərimlidən AXCP sədrliyindən istefa verməyi tələb edirlər. Düzdür, Ə.Kərimli hər vəchlə sədrlikdə qalmağa çalışır. Ancaq bəzi siyasi ekspertlər onun cəhdlərinin uzun çəkməyəcəyini bildirirlər. "Müasir Müsavat" partiyasının sədri H.Hacıyev Ə.Kərimlinin daim "siyasi fahişəliklə" məşğul olduğunu bildirib və qeyd edib ki, o, kim çox pul verərsə, həmin dairələrin qucaqlarına atılır: "Yəni bu fərdlərə siyasətdə "siyasi fahişə", "siyasi
pozğun" deyirlər. Ümumiyyətlə, Əli Kərimliyə kim pul verirsə, onların qucağında oturur, özü də məmnuniyyətlə. Məsələn, Qərb verəndə Qərbin, Şərq verəndə Şərqin, Şimal da verəndə Şimalın qucağında özünü rahatlayır".
Müasir Müsavat Partiyasının sədri, eyni zamanda, bildirib ki, AXCP sədri barədə mütləq şəkildə ciddi ölçülər götürülməlidir. Çünki bu ünsürə imkan verilərsə, daha böyük xəyanətlərə imza atacaq: "Sirr deyil ki, müxtəlif dövlətlərin Azərbaycanda müəyyən maraqları var və bu maraqları həyata keçirməkdən ötrü Əli Kərimli kimi adamlardan istifadə edirlər. Misal üçün, mənim də Azərbaycanda müxtəlif diplomatik nümayəndəliklərdə görüşlərim olur və həmin vaxtlar mənə elə təkliflər olunur, ancaq söz yox ki, Vətənimin, dövlətimin maraqları mənim üçün hər şeydən yüksəkdədir. Əli Kərimli üçün isə bu amil mövcud deyil. İndi elə adamlar var ki, bütün yerlərə işləməklə özlərini satırlar".
Bir sözlə, görünən odur ki, artıq əksər müxalifət partiyaları dağılmaq mərhələsindədirlər. Çıxış yolu isə hələ də meydan təfəkküründən qurtula bilən partiya sədrlərinin istefasındadır. Bu isə, çətin məsələ kimi görünür. Çünki C.Həsənli, Ə.Kərimli, A.Hacılı, İ.Qəmbər və digərləri sədrlik kreslosuna ABŞ və Avropadakı himayədarları ilə yaxın ünsiyyət vasitəsi hesab edirlər. Deməli, müxalifət partiayalarının dağılması qaçılmazdır.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB