Baş nazir: “Biz heç kimlə düşmən olmaq istəmirik”

Baş nazir: “Biz heç kimlə düşmən olmaq istəmirik”

“Ermənistan uzun illərdir Türkiyənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığına qarşı iddialarından əl çəkməlidir”. SİA-nın "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

Yıldırım, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın “Türkiyə ilə şərtsiz diplomatik əlaqələr qurmağa hazırıq” açıqlamasına münasibət bildirib.

Baş nazir münasibətlərin düzəlməsi üçün müzakirələrin mümkünlüyündən danışıb.

O deyib ki, əgər Ermənistan bu iddialarından imtina edərsə və yeni bir səhifə açmaq istəyərsə, bunlarla bağlı detalları görüb, cavab verə bilərlər: "Biz heç kimlə düşmən olmaq istəmirik, əsasən də qonşularımızla. Əgər bir təklif varsa, ölkəmizin maraqları çərçivəsində dəyərləndirə bilərik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə