Bu gün Bakıda Dinamo otelinin açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsiblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.
Sonra Azərbaycan Prezidenti otelin kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB