Türkiyənin Ali Seçki Komissiyası iyunun 24-də keçiriləcək seçkilərdə prezidentliyə namizədlərin adlarını açıqlayıb.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə prezidentliyinə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "İYİ Parti"dən Meral Akşener, Səadət Partiyasından Temel Karamollaoğlu, Cümhuriyyət Xalq Partiyasından Muharrem İnce, Vətən Partiyasından Doğu Perinçek, Ədalət Partiyasından Vecdet Öz və Xalqların Demokratik Partiyasından Səlahəddin Dəmirtaşın namizədliyi irəli sürülüb.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə parlament seçkiləri də keçiriləcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB