Müəyyən tədbirlər görülməlidir ki, Avropa İttifaqına daxil olan ölkələrdən olan fiziki və hüquqi şəxslər işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyətlə məşğul olmasınlar. SİA-nın məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Xarici İşlər Nazirliyinin idarə rəisi, səfir Kamil Xasıyev bildirib.
K.Xasıyev qeyd edib ki, əcnəbilər Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olurlar: “Bir daha vurğulamaq istərdim ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və status-kvo qəbuledilməzdir. Beynəlxalq normalar bunu aydın şəkildə elan edir. Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürür. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB