Əli Həsənov: "Azərbaycanda QHT- lərin azad və sərbəst fəaliyyət göstərməsi təmin edilir"
“Şərqdə ilk dəfə 100 il əvvəl demokratik cümhuriyyət olan Xalq Cümhuriyyəti yaradılıb. Müstəqillik qazanan Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin hüquqi varisidir. Azərbaycanda hüquqi və demokratik dövlətin qurulması, azad iqtisadi münasibətlərin formalaşdırılması başlıca məqsəd kimi qarşıya qoyulur". SİA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin İctimai-syiasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edərkən deyib
Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanın işğalçılıq siyasəti ilə üzləşdiyini xatırladan Prezidentin köməkçisi söyləyib ki, beynəlxalq siyasi vəziyyət və dövlət qurumlarının o vaxtki rəhbərlərinin naşılığı sayəsində Azərbaycanda tənəzzül qeydə alınıb.
Ümummilli Lider Heydər Əlyievin hakimiyyətə gəlişi ilə inkişaf və liberal iqtisadiyyata keçidin təmin edildiyini dilə gəitrən Ə.Həsənov deyib: "1995-ci ildə qəbul edilmiş Konstitusiyada insan hüquqlarının təmin edilməsi, liberal iqtisadiyyata keçid öz əksini tapıb. Prezident İlham Əliyevin siyasətinin məğzində də insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının inkişafı durur və bu istiqamətdə də ardıcıl siyasət həyata keçirilir. Ölkədə siyasi partyiaların sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait yaradılıb. Qanunda partiyaların dövlət qeydiyyatına alınması üçün çox sadə tələblər müəyyənləşdirilib. Nəticədə 55 partyia dövlət qeydiyyatından keçib. 2012-ci ilin mayında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Hər il dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2,5 milyon manat vəsait ayrılır. Bu vəsaitin 40 faizi parlamentə seçilmiş partiyalar arasında proporsional, 50 faizi deputatların sayına uyğun olaraq proporsional olaraq bölünür. Vəsatin 10 faizi isə son parlament seçkilərində ən azı 3 faiz səs toplamış partiyalar arasında bölünür. Hazırda 7 müxalifət partiyası Milli Məclisdə təmsil olunur”.
Ə. Həsənov nəzərə çatdırıb ki, qanunvericilik QHT- lərin azad və sərbəst fəaliyyət göstərməsini təmin edir: “Hazırda Dövlət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu vasitəsi ilə QHT-lərin layihələrini maliyyələşdirir: "Digər dövlət qurumlarının xətti ilə də QHT-lərin layihələri maliyyələşdirilir. Dövlət və ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizminin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanacaq. Mühüm dövlət proqramlarının hazırlanmasına QHT-lərin cəlb edilməsi təmin olunacaq. 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” qanun da bu məqsədə xidmət edir. Qanuna əsasən mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuralar yaradılıb”.
Elektron hökumətlə bağlı görülən işlərdən söz açan Prezidentin köməkçisi qeyd edib ki, bu sahədə əsas məqsədlərdən biri QHT-lərə elektron xidmətlərin göstərilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB