Devid Kamerun Moskvaya səfər edəcək

Devid Kamerun Moskvaya səfər edəcək

Britaniyanın Baş naziri Devid Kamerun iki ölkə arasında münasibətləri gücləndirmək məqsədilə gələn il Rusiyaya səfər edəcək. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Kamerun və onun rusiyalı həmkarı Dmitri Medvedev bu açıqlamanı bu gün Cənubi Koreyanın paytaxtı Seulda Böyük 20-lərin sammiti çərçivəsində danışıqlarından sonra veriblər.

Liderlər Koreya yarımadasında təhlükəsizliklə bağlı narahatlıqlar, habelə İranın nüvə proqramını müzakirə ediblər. Medvedev deyib ki, iki ölkə bir sıra məsələlərdə son zamanlar yaxın əməkdaşlıq aparır. Rusiya və Britaniya arasında münasibətlər dörd il bundan əvvəl Dövlət Təhlükəsizliyi Komitəsinin keçmiş agenti Aleksandr Litvinenkonun Londonda zəhərlənərək öldürülməsindən sonra gərginləşmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə