Sayyad Kərimi: "Azərbaycandakı stabillik Avropa İttfiaqı üçün böyük əhəmiyyət kəsb edir"
“Avropa İttifaqı və Azərbaycan arasında ortaq çağırışlar var. 2016-cı ilin noyabrında Azərbaycanla Avropa İttifaqı arasında danışıqlara başlamağımız üçün mandat verilib və bu danışıqlar 2017-ci ilin fevralında başlayıb”. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimi Bakıda Milli Məclisdə keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında çıxışı zamanı deyib.
Aİ-Azərbaycan münasibətlərindən danışan S. Kərimi bildirib ki, Aİ Azərbaycan üçün ticarət baxımından əsas tərəfdaşdır: “Azərbaycanın ticarətinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Aİ ölkələrinin neftə olan tələbatının 5 faizini Azərbaycan qarşılayır. Aİ infrastruktur layihələrinə önəm verir. Lakin əməkdaşlığımız neftlə məhdudlaşmır. Cənub Qaz Dəhlizi layihəsinə Avropa İttifaqı böyük önəm verir. Bizi Azərbaycanın ən böyük nəqliyyat qovşağına çevrilməsi maraqlandırır. Belə ki Azərbaycanın bu infrastrukturu Avropa üçün də böyük imkandır. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu önəmlidir Aİ bu istiqamətdə dəstəyini davam edəcək”.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri bildirib ki, Azərbaycandakı stabillik Avropa İttfiaqı üçün böyük əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevin fəaliyyəti dövründə fundamental demokratiya məsələlərini müzakirə edəcəyik. Bu gün prezidentlə görüşdük və çox gözəl müzakirələrimiz oldu. Biz təhlükəsizlik məsələlərinə nəzər salmalıyıq. Bu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən xəbər verir. Biz eyni zamanda regionda baş verənləri nəzərdən keçirməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB