Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclası keçirilir YENİLƏNİR

Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclası keçirilir YENİLƏNİR

Milli Məclisdə Bakıda Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclası keçirilir. SİA-nın xəbərinə görə, iclasda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Aİ nümayəndələri, Milli Məclisin deputatları və digərləri iştirak edir.

İclasda ilk çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev Azərbaycanla Avropa İttfiaqı arasında əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini bildirib.

C.Feyziyev deyib ki, Avropa İttifaqı və Azərbaycan arasında genişlənən əməkdaşlıq kontekstində parlamentlərin rolu böyükdür.

İclas davam edir

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə