Perunun Azərbaycana yeni səfiri təyin edildi

Perunun Azərbaycana yeni səfiri təyin edildi

Peru hökuməti Mariya Kastanyon Seoanı Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri elan edib. SİA-nın məlumatına görə, bununla bağlı müvafiq sənədi Peru Prezidenti Martin Alberto Viskarra Kornexo və xarici işlər naziri Nestor Popolisio imzalayıb.

Qeyd edək ki, Perunun Azərbaycandakı səfirliyi 2017-cu ilin iyunundan fəaliyyətə başlayıb.

İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ildə qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə