Deputat: "Belə turistlər Azərbaycandan departasiya edilməlidir”

Deputat: "Belə turistlər Azərbaycandan departasiya edilməlidir”

“Əlbəttə, turizmin inkişafı yaxşı haldır, ölkəyə valyuta gətirir. Ancaq bu özünün xoşagəlməz və bizim milli-mənəvi dəyərlərimizə, əxlaqımıza zidd olan hallar da var”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycana turst kimi gələnlərin içərisində yüksək əxlaqi dəyərləri özündə ehtiva edənlərlə bərabər, bu və ya digər ölkənin tör töküntüləri də ölkəmizə səfər edirlər: “Onlar Azərbaycan xalqına qarşı xoşagəlməz əxlaqi davranışları açıq şəkildə nümayiş etidirlər. Düşünürəm ki, bununla bağlı Azərbaycan qanunvericiliyində dəyişikliklər edilməli, həmin insanlar Azərbaycandan departasiya edilməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə