Yerevan metrosunun işçiləri tətil elan ediblər

Yerevan metrosunun işçiləri tətil elan ediblər

Karen Demirçyan adına Yerevan Metropolitenin əməkdaşları tətil elan ediblər. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar müxalifətin etiraz aksiyasına qoşulublar.

Məlumata görə, mayın 2-dən metronun 10 stansiyası bağlanıb. Metropolitenin məsul şəxsləri vəziyyətlə bağlı açıqlama verməkdən imtina ediblər.

Qeyd edək ki, saat 19:00-da Yerevanda Respublika meydanında müxalifətin mitinqi keçiriləcək. Aksiya iştirakçılarının mitinqə getməsini asanlaşdırmaq üçün müxalifət saat 17:00-dan sonra yolları açacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə