İrəvanda etirazçılar əsas yolları bağladı VİDEO

İrəvanda etirazçılar əsas yolları bağladı VİDEO

İrəvanda səhər saatlarından etibarən etirazçılar bütün əsas yolları bağlayıblar. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, hava limanına gedən, mərkəzi ətrafla birləşdirən yollar blok edilib. Belə ki, hava limanına gedənlər ayaqla getmək məcburiyyətində qalıblar.

Etiraz aksiyasının səbəbi ötən gün Milli Məclisin xüsusi iclasında Ermənistan Respublikaçılar Partiyasının parlament fraksiyasının əksəriyyətinin müxalifət lideri Paşinyanın əlehinə səs vermələri olub.

Mitinqdə iştirak edənlər Nikol Paşinyanla bağlı səsvermənin nəticələrinə etiraz əlaməti olaraq vətəndaş itaətsizliyinə başladıqlarını bildiriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə