Ziyafət Əsgərov jurnalistlərə: "Bu məsələdən yazarkən təhrifə yol verilməməlidir"
Bəzi qanunlar, o cümlədən Cinayət və İnzibati Xətalar məcəllələrinin 2017-ci ildə qəbul edilən “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırılması zamanı xəbərlər yazılarkən yanlış informasiyalar yayılır. Cərimlərin artırılması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirilir. Bu, tamamilə yanlışdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin I sədr müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
O bildirib ki, sözügedən qanun layihələri haqqında yazılar yazılarkən, məsələlərə münasibət bildirərkən konteksdən çıxılır, yəni “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırma qeyd olunmur.
Z. Əsgərov qeyd edib ki, burada söhbət yalnız ölkədə hərbi vəziyyətin tətbiq olunduğu zamandan gedir. “Hərbi vəziyyət haqqında” qanun nə vaxt tətbiq ediləcəksə, o zaman bu cəzalar tətbiq olunacaq. Bu, bizim beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur. Bu məsələdən yazarkən təhrifə yol verilməməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB