“Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı konfrans keçirilib FOTOLAR - VİDEO
Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin nümayəndəsi, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, millət vəkilləri, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan DQİDK sədri Mübariz Qurbanlı mövzunun əhəmiyyətindən danışıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətlərinin, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edib.
Tədbirdə, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavinləri Qəmərxanım Cavadlı, Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, “SƏS” Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Sakit Hüseynov və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxış ediblər.
Sonda DQİDK tərəfindən dini icmaların üzvləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda elan edilən məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Qeyd edək ki, qaliblərə mükafatları Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB