Ərdoğan bu gün Özbəkistana gedəcək

Ərdoğan bu gün Özbəkistana gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Özbəkistana dövlət səfərinə yola düşəcək. SİA Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, səfər aprelin 29-dan mayın 1-dək davam edəcək. Bu münasibətlə Daşkənd küçələri Türkiyə və Özbəkistanın dövlət bayraqları, rəngbərəng pannolarla bəzədilib.

Rəcəb Tayyib Ərdoğan səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlar aparacaq, bu ölkənin parlamentində çıxış edəcək, həmçinin Özbəkistan-Türkiyə işgüzar forumuna qatılacaq.

Bu, 18 illik aradan sonra Türkiyə prezidentinin Daşkəndə ilk rəsmi ziyarətidir. Türkiyənin 10-cu Prezidenti Əhməd Necdət Sezər Daşkəndə 2000-ci ildə dövlət səfəri etmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə