Beynəlxalq marafon yarışlarının mükafatçısı Hacı Vidadi Qurbanov yenidən marafon yürüşünə start verib. SİA-nın cənub bürosunun məlumatına görə, onun bu dəfəki yürüşünün marşrutu Yardımlı-Masallı-Lənkəran-Lerik-Astara rayonlarına olub. O, bu marşrut üzrə ümumilikdə 200 km yolu qət edəcək.
Noyabrın 9-da Yardımlıdan yürüşə start verən Hacı Vidadi həmin gün Masallıya çatıb. Vidadi Qurbanov 90 km yol qət edərək bu gün saat 13:00 radələrində Lənkəran şəhərinin giriş qapısına çatıb. Burada onu lənkəranlı gənclər, şəhər Gənclər və İdman İdarəsinin rəsmiləri qarşılayıb.
Lənkəranda gənclərlə görüşən Vidadi, qisa fasilədən sonra Lerik istiqamətində yürüşünə davam edib. Marafon yürüşü 12 Noyabr tarixdə Azərbaycanın cənub qapısı olan Astarada başa çatacaq. Ümumilikdə, bu marşrut üzrə marafonçu daha 110 km məsafə qət etməlidir.
Qeyd edək ki, Vidadi Qurbanov bu dəfəki marafon yürüşünü Heydər Əliyevin xatirəsinə həsr edib.
Əlavə edək ki, Vidadi Qurbanov işğal altında olan Qarabağ istisna olmaqla, Azərbaycanın bütün bölgələrində olub. Təkcə Azərbaycanda yox, bütün dünyada marafon yürüşçüsü kimi tanınan Vidadinin ən böyük arzusu növbəti marafon yürüşünü Qarabağda reallaşdırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB