“AŞPA-nın "hesabatı" Qərbin anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, son dönəmlər bu kimi halların intensiv xarakter daşıyır: “AŞPA-nın son 5 ildə qəbul etdiyi hesabatlara diqqət yetirsən bu qurumun hansı səviyyədən hansı səviyyəyə endiyinin şahidi olarıq. Bu qrum öz taktikasını dəyişib. Açıq-aşkar şantaj, hədə, qeyri-etik davranışlar, qərəzli mövqe və sifarişli hesabatlar qurumu uçuruma aparır. AŞPA siyasi fahişəliklə məşğuldur. Ümumilikdə son 2 ildə ölkəmizə qarşı aparılan çirkin oyunlarda üslüb eyniliyi nəzərə çarpır. Bu da onu deməyə əsas verir ki, qarayaxma kampaniyaları bir mərkəzdən, xüsusən də, erməni lobbisinin nəzarəti ilə idarə olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB