Türkiyənin Vyanadakı səfiri Ecvet Tezcanın gündəlik "Die Presse" qəzetinə açıqlamasında Avstriyanın əcnəbilərə qarşı siyasətini tənqid edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, səfir Evet Tezan açıqlamasında bildirib ki, Avstriyadakı türklər haqsız yoxlamalara məruz qalırlar. O, bu ölkənin Daxili İşlər Nazirliyinin inteqrasiya siyasətini də tənqid edib. Səfir Xalq Partiyasından olan daxili işlər naziri Maria Fekteri liberal təmayüllü Xalq Partiyasının prinsiplərinə uyğun olmayan siyasət yürütməkdə günahlandırıb.
Bu açıqlamada cavabsız qalmayıb. Belə ki, açıqlamanın ardından Xalq Partiyasının lideri və baş nazirin müavini Cozef Pröll bəyanat verib. Bəyanatda deyilir: "Bir diplomatın qonaq olduğu ölkənin daxili siyasəti ilə bağlı belə açıqlamaları qəbuledilməzdir".
Partiya lideri xarici işlər naziri Mixail Spindeleggerlə əlaqə saxladığını və Türkiyə səfirinin nazirliyə çağırılmasını xahiş etdiyini bildirib. Bu gün səfirin Avstriyanın Xarici İşlər Nazirliyinə dəvət ediləcəyi və ona nota təqdim olunacağı gözlənilir.
Xarici işlər naziri Mixail Spindeleggerin türkiyəli həmkarı Əhməd Davudoğluna zəng edərək, etirazını bildirəcəyi barədə məlumatlar da var. Avstriyanın Türkiyədəki səfiri isə bu ölkənin Xarici İşlər Nazirliyində olacaq və məsələ ilə bağlı Türkiyə rəsmiləri ilə danışıqlar aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB