Myanmada qanlı toqquşmalar

Asiya ölkələrindən Myanmada üsyançı etnik azlıqla hərbçilər arasında toqquşma olub. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, gələn məlumatlarda, Tailand sərhəddində toqquşmalar gedərək artdığı, əhalinin toqquşma bölgəsindən qaçdığı bildirilir. İndiyə qədər 10 mindəm çox insan Tailand tərəfinə keçib.

Gərginlik ölkədə 20 illik fasilədən sonra keçirilən parlament seçkiləri ilə əlaqədardır. Seçkinin nəticələrini qəbul etməyən Karen adlı etnik qrupa bağlı silahlı şəxslər hökumət binalarına hücum ediblər.

Ağır silahlardan da istifadə edilən toqquşmalarda Tailand tərəfində də qumbaralar düşüb. Ölən və yaralananların sayı hələ konkretləşməyib, amma çox sayda yaralının olduğu bildirilir. Tailand əsgərləri axın-axın gələn qaçqınları sərhəddəki tampon bölgədə saxlayır.

Ölkədəki ən böyük üsyançı qrup olan Karen Milli Birliyi 50 ilə yaxındır müstəqillik üçün mübarizə aparır. Myanma ordusu isə tez-tez bu qrupa qarşı əməliyyatlar keçirir. Müxtəlif etnik qruplardan ibarət olan Myanmada hərbi diktatura rejimi 1962-ci ildən davam edir. 1990-cı ildə San Suu Kyi ölkənin prezident seçilib, amma hərbi çevriliş səbəbilə vəzifəsinin icrasına başlamadan ev həbsinə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə