Haluk İpək: “İşğal davam etdiyinə görə Türkiyə-Ermənistan sərhədləri açılmayacaq” – AÇIQLAMA

Haluk İpək: “İşğal davam etdiyinə görə Türkiyə-Ermənistan sərhədləri açılmayacaq” – AÇIQLAMA
Türkiyə dəfələrlə rəsmi şəkildə bildirib ki, Azərbaycan torpaqları işğaldan azad edilməyincə Ermənistanla sərhədləri açmayacaq. Türkiyənin tutduğu mövqe dəyişməzdir. Biz öz mövqeyimizdə qalırıq". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Haluk İpək açıqlaması zamanı deyib. Onun sözlərinə görə, Türkiyənin bu bəyanatlarına baxmayaraq bəziləri provokasiyalar törətməyə çalışırlar ki, bu da öz növbəsində Azərbaycan xalqının Türkiyəyə olan sevgisini və diqqətini azaltmağa yönəldilən təbliğatdır.

"Biz sərhədləri ona görə bağlamışıq ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. İşğal davam etdiyinə görə sərhədlər açılmayacaq",- deyə Haluk İpək əlavə edib.

Rəsmi Ankaranın Cənubi Qafqaz bölgəsində sülhün təmin olunmasını istədiyini dilə gətirən AKP sədri bildirib ki, Ermənistan bölgədəki inkişafa qoşulmaq üçün ilk növbədə haqsız vəziyyətdən çıxmalıdır. Onun sözlərinə görə, yalnız onda Ermənsitanın digər tələbləri də yerinə yetirilə bilər: "Türkiyə bütün dünyaya "haqsız olan bir dövlət mükafatlandırılmaz" deyir. Türkiiyə bir ölkənin torpaqlarını işğal edən, sonra da bütün dünya tərəfindən onunla yaxşı münasibət qurulmasını doğru hesab etmir".

Bütün xəbərlər Facebook səhifəmizdə