Prezident İlham Əliyev “Xocəsən” yarımstansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də 110/35/10 kV-luq "Xocəsən" yarımstansiyasının açılışında iştirak edib. SİA-nın məlumatına görə, "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına məlumat verərək bildirdi ki, yarımstansiyanın tikintisi 2010-cu ilin yanvarında başlanmış və oktyabrda başa çatdırılıb. "Xocəsən" yarımstansiyası Oğuz-Qəbələ su kəmərinin su nasoslarını, Bakı Metropoliteninin inkişaf perspektivləri ilə bağlı yeni yaradılacaq metro stansiyalarını, dairəvi yol və digər nəqliyyat infrastrukturunu, inşası nəzərdə tutulan universitet şəhərciyini, sənaye və sosial yaşayış məntəqələrini daimi elektrik enerjisi ilə təmin edəcəkdir.
Prezident İlham Əliyev idarəetmə məntəqəsində yarımstansiyanı işə saldı.
Dövlətimizin başçısı 100 kV-luq və 35 kV-luq qapalı paylayıcı qovşaqlarda quraşdırılmış avadanlıqla tanış oldu, yüksəkgərginlikli paylayıcı xətlərə baxdı. Yarımstansiyanın işçiləri ilə görüşən Prezident İlham Əliyev onları təbrik etdi, uğurlar arzuladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB