Topogeodeziya taktiki-xüsusi təlimi keçirilib

Topogeodeziya taktiki-xüsusi təlimi keçirilib

Müdafiə Nazirliyi tabeliyində olan hərbi hissədə desantçıxarma əməliyyatlarının naviqasiya-hidroqrafik, hidrometeoroloji və topogeodeziya təminatı mövzusunda taktiki-xüsusi təlim keçirilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təlimdə tədqiqat qruplarının formalaşdırılması, əməliyyat keçiriləcək əraziyə çıxışı və desantçıxarma əməliyyatlarının keçiriləcəyi ərazilərdə dərinlikölçmə və geodeziya ölçmələri icra edilib.

Hərbi hissə komandanlığı təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə