Sergey Lebedev: Azərbaycanda demokratik və dövlətin qanununa uyğun olaraq seçkilər keçirilib - MÜNASİBƏT

Sergey Lebedev: Azərbaycanda demokratik və dövlətin qanununa uyğun olaraq seçkilər keçirilib - MÜNASİBƏT
Azərbaycan dövləti şəffaf və demokratik seçkilərin keçirilməsi üçün lazım olan bütün işləri görüb. Bunu MDB müşahidə missiyasının rəhbəri, MDB-nin icra katibi Sergey Lebedev bu gün seçkilərlə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, apardığımız müşahidələr onu göstərir ki, səsvermə üçün, ümumiyyətlə səsvermə prosesində yaradılan şərait bizim üçün müsbət rəy formalaşdırıb. S.Lebedev bildirib ki, səsvermə günü və bundan əvvəl yaradılan şəraitlə bağlı keçirdiyimiz müşahidələr zamanı heç bir neqativ halların baş vermədiyinin şahidi olduq və Seçki Məcəlləsinı edilən dəyişikliyi də müsbət qarşılayırıq.

Seçki məntəqələrində veb-kameraların quraşdırılmasına gəlincə MDB müşahidə missiyasının rəhbəri vurğulayıb ki, Qərb ölkələrinin bir çoxunda bu məsələ heç tətbiq olunmayıb və bu da Azərbaycanda şəffaf və demokratik seçkilərin keçirilməsinə dəlalət edir: "Eyni zamanda, demokratik və şəffaf seçkilərin keçirilməsində əsas prinsiplərin biri də odur ki, bu seçkilərdə bütün partiyaların iştirakı müsbət hal kimi qiymətləndirilir. Həmçinin, hər bir seçki məntəqəsində 5 və ya 8 namizəd arasında insanların seçim etməsi də demokratik və şəffaf seçkilərdən xəbər verir".

O, bütün müsbət halların olmasına baxmayaraq bəzi yerlərdə neqativ halların da olduğunu qeydə edib. Onun sözlərinə görə, bu xüsusən də seçki məntəqələrində texniki pozuntularla bağlıdır: "Seçicilərin adının olmaması texniki pozuntu kimi qəbul olunur. Lakin bu da heç bir əsas vermir, çünki seçicilərin adının olmaması həmin seçicilərin qeydiyyatdan çıxıb başqa ünvana köçməsi ilə bağlıdır. Onlar qeydiyyatdan çıxdıqları zaman yeni yerlərində qeydiyyata düşməyiblər. Hardasa şəxsən mən 15 seçki məntəqəsində olmuşam və heç bir neqativ hala rast gəlməmişəm. Bundan əlavə, 30 nəfərlik nümayəndə heyətinin hərəsi 10 məntəqədə olub ki, bununla da 300-450-ə yaxın məntəqələrdə müşahidə aparılıb. Bütün məntəqələrdə aparılan müşahidələrin yekun nəticəsi olaraq demək olar ki, Azərbaycanda demokratik və şəffaf seçkilər keçirilib. Bundan əlavə, bütün məntəqələrdə beynəlxalq müşahidəçilərin olması da gözümüzdən yayınmadı. Bu da ilk növbədə onu göstərir ki, seçki Azərbaycanda dövlətin gördüyü işlər nəticəsində hamı seçkiyə tam hazırlaşmışdı. Biz eyni zamanda, yerli müşahidəçilərlə də danışıqlar apardıq. O zaman da məlum oldu ki, onlar da heç bir qanun pozuntusu ilə rastlaşmayıblar. Ümumiyyətlə, seçki zamanı ciddi narazılıqlar qeydə alınmayıb və təmsil etdiyimiz quruma heç bir şikayət daxil olmayıb".

Yekun bəyasnata gəlincə S.Lebedov bildirib ki, seçkilərlə bağlı bu yekun hesabat MSK-nın yekun rəyindən sonra veriləcək.

Tədbirdə çıxış edən, MDB müşahidə missiyasının üzvü Vladimir Koleşnikov apardığı müşahidələr zamanı heç bir neqativ hala rast gəlmədiyini bildirib: "Mən Azərbaycan hökumətinə yaratdıqları şəraitə görə minnətdaram. Bütün bu müsbət göstəricilər Azərbaycanın demokratiyanın inkişafında irəliyə getdiyini bir daha təsdiq edir"

Rusiya MSK-nın üzvu Yelena Dubrovina isə bildirib ki, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər müşahidə missiyası tərəfindən müsbət qarşılanır: "MSK-da apardığımız müşahidələr zamanı komissiyanın seçkilərə tam hazır olduğunu gördük. Eyni zamanda, bəzi neqativ hallar da mövcud idi. Bunlar əsasən namizədlər haqqında məlumatların az olması, eyni zamanda onlar üçün ayrılmış yerlərin azlıq təşkil etməsidir.

Daha sonra çıxış edən Qazaxıstan və Belarus MSK-nın nümayəndələri Azərbaycanda seçkilərin demokratik və şəffaf olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə