Səsvermə başa çatdı
Azərbaycanda Milli Məclis üzvlüyünə keçirilən seçkilərlə bağlı səsvermə prosesi başa çatıb. SİA-nın verdiyi xəbərə görə, seçki məntəqələri saat 19.00-da bağlanıb.
Qeyd edək ki, Milli Məclisə keçiriləcək 4-cü çağırış seçkilərlə əlaqədar 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparır.

Seçkiləri qeydiyyatdan keçmiş 48 mindən artıq müşahidəçi, o cümlədən MSK-da akkreditə olunmuş 1024 beynəlxalq müşahidəçi izləyir.

Məlumat üçün nəzərinizə çatdıraq ki, seçki məntəqələri saat 8.00-da açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə