MDB müşahidə missiyasının üzvü: “Azərbaycanda Milli Məclisə seçkilər çox yüksək səviyyədə təşkil olunub və tam tələbələrə cavab verib”

MDB müşahidə missiyasının üzvü: “Azərbaycanda Milli Məclisə seçkilər çox yüksək səviyyədə təşkil olunub və tam tələbələrə cavab verib”
Azərbaycanda Milli Məclisə seçkilər çox yüksək səviyyədə təşkil olunub, həm təşkilati, həm müşahidəçilərin iştirakı, həm də Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti baxımından tam tələbələrə cavab verir. SİA-nın xəbərinə görə, bu barədə Rusiya Dumasının üzvü və MDB müşahidə missiyasının üzvü Andrey Knor məlumat verib. O bildirib ki, yeganə problem seçki məntəqələrində təbliğat materiallarının kifayət qədər olmamasıdır. A.Knor vurğulayıb ki, əgər seçici namizədlərin platforması, onların tərcümeyi-halı haqqında kifayət qədər məlumat almazsa, namizədləri seçməkdə də çətinlik çəkəcək.

11 seçki məntəqəsində və bir neçə cəzaçəkmə müəssisəsində olan Rusiya Dumasının üzvü məhbuslar üçün də səsvermə üçün normal şərait yaradıldığını bildirib. O qeyd edib ki, onlar öz iradəsini ortaya qoyaraq səsvermə hüququndan istifadə ediblər: "Bütün məhbuslar namizədlər barəsində məlumatlandırılıb. Seçkilərdə xırda nöqsanların müşahidə edildiyini deyən MDB müşahidə missiyasının üzvü bildirib ki, nöqsanlar seçkinin nəticəsinə təsir edəcək səviyyədə deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə