YAP: “Radikal müxalifətin 7 noyabr parlament seçkisində qarşısına qoyduğu başlıca məqsəd bu seçkiləri nüfuzdan salmaqdan ibarətdir”
Yeni Azərbaycan Partiyasının (YAP) seçki qərargahına 7 noyabr parlament seçkilərinin gedişinə, məntəqələrdə səsvermə prosesinə bəzi müxalifət partiyalarının nümayəndələrinin heç bir normaya sığmayan kobud müdaxilələri, yol verdikləri ciddi qanun pozuntuları barədə ardı – arası kəsilməyən, saysız – hesabsız məlumatlar daxil olmaqdadır. Partiyann mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin seçki bloklarının və siyasi partiyaların səlahiyyətli nümayəndələri, müşahidəçiləri, hətta bir çox hallarda namizədlərin özü xüsusilə beynəlxalq müşahidəçilərin məntəqələrdə olduqları vaxt məntəqə seçki komissiyalarının fəaliyyətini iflic etməyə çalışır, xüsusi öyrədilmiş adamların vasitəsilə hakimiyyətin ünvanına yönələcək ciddi qanun pozuntuları həyata keçirirlər.
Bu gün radikal müxalifətin 7 noyabr parlament seçkisində qarşısına qoyduğu başlıca məqsəd bu seçkiləri nüfuzdan salmaq, beynəlxalq müşahidəçilərdə bu seçkilərlə bağlı mənfi rəyin yaranmasına nail olmaq, ölkə vətəndaşlarını seçkilərdən usandırmaq, onda inamsızlıq mühiti formalaşdırmaq və sairdən ibarətdir.
Onu da qeyd etmək lazımdır ki, AXCP- Müsavat blokunun səlahiyyətli nümayəndəsinin etirafına görə, adıçəkilən blokun gün ərzində səsvermənin gedişi ilə bağlı yaydığı məlumatlar seçki qərargahında əyləşmiş xüsusi "PR" (piar) ustadları tərəfindən hazırlanır və mətbuata yayılır.
Adıçəkilən blokun 15 saylı Yasamal birinci seçki dairəsi üzrə səsvermə məntəqələrində guya qanunpozuntuları ilə bağlı yaydığı iddialar YAP- ın səlahiyyətli nümayəndəsi Rəşad Məmmədli, məşvərətçi nümayəndəsi Vilayət Süleynamov və dairədəki bütün məntəqələr üzrə müşahidəçilər tərəfindən birmənalı təkzib edilib. Araşdırma nəticəsində tamamilə əks mənzərə üzə çıxıb. Bəlli olub ki, AXCP- Müsavat blokunun həmin dairədən namizədinin səlahiyyətli nümayəndəsi Tural Abbaslı düşünülmüş şəkildə məntəqəyə gələn seçiciləri təftiş etməklə məşğul olub, onların şəxsiyyətini alçaldan hərəkətlərə yol verib və nəticədə onun yol verdiyi kobud qanun pozuntuları barədə akt tərtib edilib. Analoji hal 30 saylı Suraxanı I və 31 saylı Suraxanı II seçki dairələrində də müşahidə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB