Sumqayıtda seçicilərin fəallığı müşahidə olunur

Sumqayıtda seçicilərin fəallığı müşahidə olunur
43 saylı Sumqayıt III seçki dairəsinin 25 saylı seçki məntəqəsində 14:45-dək 425 nəfər səs verib. Bu barədə SİA-ya seçki məntəqəsinin sədri Kimya Əhmədova məlumat verib. O bildirib ki, bu məntəqədə seçki prosesini AŞPA və Qazaxıstandan gəlmiş müşahidəçilər izləyiblər.

24 saylı seçki məntəqəsində isə saat 14:40-dək 1386 seçici səs verib. Bu barədə seçki məntəqəsinin sədri Əsədov Müslüm məlumat verib. O bildirib ki, seçicilərin 13 nəfəri ilk dəfə səs verənlər: "Məntəqədə veb-kamera quraşdırılıb. Buradakı seçki prosesini Hollandiyadan gəlmiş müşahidəçilər izləyir.

23 saylı seçki məntəqəsində isə saat 14:50-dək 430 nəfər səs verib. Buradakı prosesi İsveçrə, Hollandiyadan gəlmiş müşahidəçilər izləyir.
21 saylı seçki məntəqəsində isə saat 14:50-dək 430 nəfər səs verib. Bu barədə məntəqə sədri Nəcəfova Çiçək məlumat verib. O bildirib ki, burada 18 xəstə seçici müraciət edib və onlar üçün seçki bülletenləri göndərilib.

20 saylı seçki məntəqəsində isə saat 14:50-dək 503 nəfər səs verib. Bu barədə məntəqə sədri Xəlilov Tahir məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə