İran həyata keçirilən zərbələri pisləyib

İran həyata keçirilən zərbələri pisləyib

İran Suriyada həyata keçirilən zərbələri pisləyib və bu addımın bütün region üçün mənfi nəticələrə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib. SİA-nın verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İran XİN həmçinin beynəlxalq ictimaiyyəti bu əməliyyatları pisləməyə çağırıb.

Xatırladaq ki, gecə saatlarında ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə