Saat 12:00-a olan məlumata görə, respublika üzrə 1 milyon 190 min 33 nəfər səs verib

Saat 12:00-a olan məlumata görə, respublika üzrə 1 milyon 190 min 33 nəfər səs verib
Saat 12:00-a olan məlumata görə, respublika üzrə seçicilərin 1 milyon 190 min 33 nəfəri səs verib. SİA-nın xəbərinə görə, bu isə səsvermə hüququna malik olan seçicilərin 24,06 %-i deməkdir.Ən çox seçici fəallığı Naxçıvan Muxtar Respublikası ərazisindəki seçki dairələrində qeydə alınıb. Saat 12-ə kimi 1 saylı Şərur-Sədərək seçki dairəsində səsvermə hüququ olan şəxslərin 41,3 faizi səs verib. Ən az seçici fəallığı isə 22 saylı Nəsimi 2-ci seçki dairəsində müşahidə edilib. Burada seçicilərin yalnız 7,79 faizi səsvermədə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə