Xəzər rayonunda bir seçici çox kök olduğu üçün evdə səs verib

Xəzər rayonunda bir seçici çox kök olduğu üçün evdə səs verib
14 saylı 2-ci Xəzər seçki dairəsinin 18 saylı seçki məntəqəsində 1325 seçici qeydiyyatdan keçib. SİA-nın məlumatına görə, saat 11:15- ə qədər 390 nəfərin səs verib. Məlumatı təsdiq edən məntəqə sədri Akif Abdullayev bildirib ki, seçicilər arasında 4 nəfər ilk dəfə seçkilərdə iştirak edənlərdir. Sədr 3 nəfərin evdə səs verəcəyini də vurğulayıb: "Qeydiyyata alınan 1325 seçici arasında 3 nəfər üçün qutular evə aparılıb. Bunlardan 2-si xəstə, 1-i isə çox kök olduğu üçün evdən çıxa bilmir". Məntəqədə seçki prosesini ABŞ-dan olan müşahidəçi Jonson Oskal müşahidə edib. YAP-ın, seçki bloklarının və digər müstəqil müşahidəçilərdən ibarət qrup seçki prosesini izləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə