Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb. SİA-nın verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,09 % səslə qalib olub.
Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,04 %; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,07 %; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 2,97 %; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,4%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18%; - "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,74% səs toplayıb.
Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçici iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB