24 saylı Nizami Seçki Dairəsinin 14 saylı seçki məntəqəsində və eyni Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində seçici fəallığı davam edir. 14 saylı seçki məntəqəsinin sədri Esmira Ağayeva seçki prosesi ilə bağlı SİA-ya açıqlamasında bildirib ki, günün birinci yarısından sonra 1282 nəfər siyahı üzrə 600-dən çox seçici səs verib və seçici axını davam etməkdədir.
13 saylı məntəqənin sədri Şəlalə Mütəllimova da seçicilərin səsverməyə kütləvi şəkildə qatıldıqlarını və mütəşəkkilliklə iştirak etdiklərini vurğulayıb.
Eləcə də 24 saylı Nizami Seçki Dairəsinin 17 saylı seçki məntəqəsinin sədri Bayram Heydərov qeyd edib ki, seçki prosesi demokratik şəraitdə keçirilir və seçkini izləyən müşahidəçilər də bu faktoru təsdiq edirlər.
ADP-dən olan müşahidəçilər Tahir Süerymanov və Rəcəb Sadıqov, ASDP təmsilçisi Kazım Cəfərov,BAXCP-dən olan müşahidəçi Zivər Məmmədova, YAP müşahidəçisi Bənovşə Əliyeva, eləcə də AVCİYA-dan olan müşahidəçi Səbinə İbrahimova qeyd ediblər ki, proses şəffaf və demokratik standartlara cavab verir və heç bir seçki pozuntusunu qeydə almayıblar.
Onu da qeyd edək ki, məntəqə sədri Bayram Heydərovun bildirdiyinə görə, səsverməyə bir gün qalmış ATƏT-dən olan müşahidəçilər Opalka Maqdalena və Viek Pek Gorean 17 saylı seçki məntəqəsində olublar və seçkiyə hazırlıq prosesini müşahidə edərək, məntəqənin səsverməyə tam hazır olduğunu müşahidə kitabçalarında qeyd ediblər.
Nizami rayonunda səsvermə prosesi uğurla davam etməkdədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB