Seçkilərə hazırlıq güclü olub və bu saata qədər heç bir qanun pozuntusuna rast gəlinməyib

Seçkilərə hazırlıq güclü olub və bu saata qədər heç bir qanun pozuntusuna rast gəlinməyib
13 saylı 1-ci Xəzər seçki dairəsinin 2 saylı seçki məntəqəsində saat 08:40-a qədər 15 nəfərə yaxın seçici səs verib. Bu sözləri SİA-ya məlumatında seçki məntəqəsinin sədri Əzimova Gülnarə deyib. Sədr bildirib ki, məntəqədə məşvərətçi qruplardan, YAP və Rusiyadan müşahidəçilər qeydiyyatdan keçib. Seçkinin gedişatı haqda məlumat verən G.Əzimova onu da qeyd edib ki, seçkilərə hazırlıq güclü olub və bu saata qədər heç bir qanun pozuntusuna rast gəlinməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə