13 saylı Xəzər 1-ci seçki dairəsinin 1 saylı seçki məntəqəsində 1380 seçici qeydə alınıb, bunlardan 3-ü ilk dəfə səs verir

13 saylı Xəzər 1-ci seçki dairəsinin 1 saylı seçki məntəqəsində 1380 seçici qeydə alınıb, bunlardan 3-ü ilk dəfə səs verir
"1380 seçici var, bunlardan 3-ü ilk dəfə səs verir". Bu sözləri SİA-ya 13 saylı Xəzər 1-ci seçki dairəsinin 1 saylı seçki məntəqəsinin sədri Əliağa Mirzəyev deyib. Sədrin sözlərinə görə, məntəqədə təşəbbüs qruplarından və YAP-dan müşahidəçilər qeydə alınıb. Beynəlxalq müşahidəçilərdən Valeriy Kodaxov və Nine Tkaçova müşahidə zamanı heç bir qanun pozuntusuna rast gəlinmədiyini bildirib. Saat 8:40-a qədər 40 nəfər səs verib.

Bütün xəbərlər Facebook səhifəmizdə