13 saylı Xəzər 1-ci seçki dairəsində 42396 seçici qeydiyyata alınıb, bunlardan 600-ü ilk dəfə səs verir
13 saylı Xəzər 1-ci seçki dairəsində seçkilərə start verilib. DSK sədri Mütəllim Baladadaşovun SİA-ya verdiyi məlumata görə, ümumilikdə 42396 seçici qeydiyyata alınıb. Bunlardan 600-ü ilk dəfə səs verir. DSK sədri Rusiya və ATƏT-dən gələn müşahidəçilərin səhər saatlarından etibarən seçkiləri fəal şəkildə müşahidə etdiyini bildirilib. Rusiyadan gələn müşahidəçi Nina Tkaçova müşahidə zamanı heç bir qanun pozuntusuna rast gəlinmədiyini deyib: "Səhər saat 8-dən başlayan seçkiləri bu saata kimi müşahidə etmişik və hələ ki, heç bir qanunsuzluqla qarşılaşmamışıq. Sənədləşmələr qaydasındadır, seçkilərə düzgün hazılrlığın nəticəsidir ki, hər şey şəffaf qaydada gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB