İndoneziyada "Merapi" fəlakəti davam edir

İndoneziyada "Merapi" fəlakəti davam edir

İndoneziyada "Merapi" fəlakəti davam edir. 10 gün öncə fəaliyyətə başlayan vulkanda bu gecə baş verən partlayışlar onlarla kəndi külə çevirib. SİA-nın məlumatına görə, yanğınlar hələ də davam etdiyindən bir çox kəndə girmək mümkün deyil. Ölənlərin sayının 122-yə çatdığı bildirilir.

Vulkandan çıxan küllərin həddindən artıq isti olması səbəbilə ölənlərin cəsədlərini toplamaq belə mümkün deyil. Vulkan küllərinin gedib çatdığı yerlərdə temperatur 750 dərəcəyə çatır. Vulkana uzaq bölgələrdə yaşayanlar belə ağır yanıqlara məruz qalırlar. Vulkanın 20 kilometr ətrafında karantin elan olunub, 75 min nəfər evakuasiya edilib. Küçələrdə göz-gözü görmədiyindən hər kəsə maskalar paylanıb.

Vulkandan püskürən küllər hava nəqliyyatına da mane olur. Yoqokarta hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə