11 aprel Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov SİA-ya bildirib ki, sabah polislər gücləndirilmiş iş rejimində çalışacaq: “Aprelin 10-dan 14-dək daxili işlər orqanları gücləndirilmiş iş rejimində xidmət edəcək. Əhalinin təhlükəsizliyinin təmin olunması, seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi tərəfimizdən təmin ediləcək”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə