Yardımlı rayonunda 4 yeni poçt binasının açılışı olub. SİA-nın cənub bürosunun məlumatına görə, Çayüzü, Köryədi, Ərus və Porsova kəndlərində istifadəyə verilən binaların açılış mərasimində Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, "Azərpoçt" MMC-nin şöbə müdiri Rauf Məmmədov çıxış edərək yeni xidmət sahəsinin açılışı münasibətilə yerli sakinləri təbrik edib, əhalinin rifahı naminə bundan sonra da bir çox layihələrin həyata keçiriləcəyini bildiriblər.
Kənd sakinlərinin çıxışlarında onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.
Qeyd edək ki, yeni rabitə obyektləri 2009-2013-cü illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB